Ukrayna Azərbaycandan neft idxalını bərpa etmək niyyətindədir

Ukrayna Azərbaycandan neft idxalını bərpa etmək niyyətindədir
# 12 mart 2013 12:23 (UTC +04:00)

«APA-Economics»in məlumatına görə, bunu Ukraynanın energetika və kömür sənayesi naziri Eduard Stavitski Bakıda Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyevlə keçirdiyi görüşdən sonra bildirib.

Onun sözlərinə görə, neftin nəqli məsələsi Bakıda keçirilən görüşdə geniş müzakirə olunub: «Razılaşdıq ki, qarşıdakı 10-15 gün ərzində mütəxəssislər – Azərbaycan tərəfdən ARDNŞ-in, Ukrayna tərəfdən isə Energetika və Kömür Sənayesi Nazirliyinin əməkdaşları Azərbaycan neftinin Ukraynaya ixracı planının riyazi detallarını hesablasınlar».

Ukraynalı nazir ümid edib ki, bu əməkdaşlığın nəticəsi olaraq Azərbaycan neftinin Ukraynaya nəqli bərpa olunacaq.

Qeyd edək ki, Azərbaycan neftinin Ukraynaya ixracı 2011-ci ildə dayandırılıb. Həmin il bu ölkəyə 1,5 mln. ton Azərbaycan nefti göndərilib. E.Stavitski bildirib ki, tərəflər arasında son razılıq əldə edilərsə, hər il Ukraynaya ən azı 1,5 mln. ton Azərbaycan nefti nəql ediləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR