Yavər Camalov Pakistan səfirini qəbul edib

Yavər Camalov Pakistan səfirini qəbul edib
# 14 fevral 2013 13:13 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov – APA. Müdafiə sənayesi naziri Yavər Camalov Pakistanın Azərbaycandakı səfiri İnayatullah Kakarı qəbul edib. Müdafiə Sənayesi Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüş zamanı nazir Yavər Camalov Azərbaycan ilə Pakistan arasındakı ikitərəfli münasibətləri yüksək qiymətləndirdiyini vurğulayıb. Nazir Müdafiə Sənayesi Nazirliyinin fəaliyyəti barədə səfirə məlumat verib.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR