Pərviz Müşərrəf Bənəzir Bhuttonun qətli ilə bağlı keçirilən məhkəmədə ifadə verib

Pərviz Müşərrəf Bənəzir Bhuttonun qətli ilə bağlı keçirilən məhkəmədə ifadə verib
# 23 aprel 2013 14:39 (UTC +04:00)

Bakı. Şamil Əlibəyli – APA. Pakistanın keçmiş prezidenti, general Pərviz Müşərrəf 2007-ci ildə keçmiş baş nazir Bənəzir Bhuttonun qətlə yetirilməsi ilə bağlı keçirilən məhkəmədə ifadə verib.

APA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, P.Müşərrəf terrorizm məsələləri ilə bağlı xüsusi məhkəmədə cəmi 15 dəqiqə keçirib, ardınca isə öz iqamətgahına qayıdıb. Növbəti məhkəmə iclası mayın 5-nə təyin olunub.

İclas başlamazdan əvvəl isə eks-prezidentin tərəfdaşları və əleyhdarları arasında toqquşma baş verib.

Qeyd edək ki, P.Müşərrəf B.Bhutto və bəluc millətçilərinin lideri Əkbər Buqtinin qətlə yetirilməsində ittiham olunur. 2008-ci ildən bəri mühacirət həyatını yaşayan eks-prezident Pakistanda keçiriləcək parlament seçkilərdə iştirak etmək üçün bu ilin martında ölkəyə qayıdıb, lakin bir müddət sonra həbs olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR