Gürcüstanın keçmiş idman nazirinə qarşı qanunsuz silah saxlama maddəsi üzrə ittiham irəli sürülüb

Gürcüstanın keçmiş idman nazirinə qarşı qanunsuz silah saxlama maddəsi üzrə ittiham irəli sürülüb
# 24 fevral 2013 03:42 (UTC +04:00)

Bakı-APA. Ehtiyatsızlıq üzündən qətl faktı üzrə cinayət işinin fiqurantı olan Gürcüstanın keçmiş idman naziri Vladimir (Lado) Vardzelaşviliyə qanunsuz silah saxlama maddəsi üzrə ittiham irəli sürülüb. APA-nın “Qruziya Onlayn”a istinadən verdiyi xəbərə görə, bu barədə jurnalistlərə vəkil Georgi Qelauri deyib.

İstintaqın məlumatına görə, insident fevralın 22-nə keçən gecə Vladimir Vardzelaşvilinin mənzilində baş verib. Vardzelaşvili dostlarına silah kolleksiyasını təqdim edərkən, “TT” markalı tapançanı qonağı Zviad Kavtaradzeyə yaxından baxmağa verib, nəticədə təsadüfən atəş açılıb və güllə gənclərlə iş üzrə idarənin rəhbəri Devi Siradzenin sinəsinə dəyib, aldığı yaradan o xəstəxanaya aparılarkən yolda keçinib.

“Lado Vardzelaşviliyə silahı 2010-cu ildə dostu hədiyyə edib, lakin silah müvafiq qeydiyyatdan keçirilməyib. Nəticədə o evində qanunsuz silah saxlayıb. Vardzelaşviliyə qanunsuz silah saxlama maddəsi üzrə ittiham irəli sürülüb. O günahını qəbul edir və istintaqla əməkdaşlıq edir”, deyə Qelauri bildirib.

Zviad Kavtaradzeyə qarşı isə ehtiyatsızlıq üzündən qətl faktı üzrə ittiham irəli sürülüb. Vardzelaşviliyə silahı hədiyyə edən qohumu Vaxtanq Biçaşviliyə qarşı isə qanunsuz silah ötürmə maddəsi üzrə ittiham irəli sürülüb. Zviad Kavtaradzeni 2 ildən 4 ilədək azadlıqdan məhrum etmə cəzası gözləyir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR