Əsgər yoldaşına müxtəlif bədən xəsarətləri yetirdiyi üçün axtarışda olan Kürdəmir sakini tutulub

Əsgər yoldaşına müxtəlif bədən xəsarətləri yetirdiyi üçün axtarışda olan Kürdəmir sakini tutulub
# 25 fevral 2013 14:42 (UTC +04:00)

Kürdəmir. Elvin Yaqubov-APA. Bakıdakı “N” saylı hərbi hissənin tərxis olunmuş əsgəri həbs edilib. Kürdəmir rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə Bakı Hərbi Məhkəməsinin qərarı ilə Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə barəsində cinayət işi açılan və axtarış elan olunan Kürdəmirin Yenikənd kənd sakini 1993-cü il təvəllüdlü Məmmədov Ceyhun Pənah oğlu tutulub. Hərbi hissədə olarkən əsgər yoldaşı Aslanlı İslam Əli oğlunu döyərək ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirən və yanvar ayında hərbi xidmətini başa vurduqdan sonra barəsində axtarış elan olunan Ceyhun Məmmədov polis əməkdaşları tərəfindən bu gün günorta saatlarında Kürdəmirdə yaxın qohumunun evindən tapılaraq istintaqa təhvil verilib. Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR