Sudanda silahlılar 17 nəfər dinc sakini qətlə yetirib

Sudanda silahlılar 17 nəfər dinc sakini qətlə yetirib
# 09 fevral 2013 22:10 (UTC +04:00)

Bakı-APA. Sudanda silahlıların hücumu nəticəsində 17 nəfər dinc sakin qətlə yetirilib. Cənubi Sudanın 50 kilometrliyində yerləşən Cənubi Kordofan vilayətinin Əbu Nuvar yaşayış məntəqəsində naməlum silahlı qrupun etnik sudanlılara hücum edib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, silahlılar hökumət qüvvələrinin nəzarət etdiyi yolda pusqu quraraq içərisində dinc sakinlər olduğu yük maşınını atəşə tutublar.

Xatırladaq ki, 2011-ci ilin yazında Cənubi Sudan Respublikası ilə həmsərhəd olan Cənubi Kordofan vilayəti Sudan ordusu və “SNOD-Şimal” təşkilatının silahlıları arasında qızğın döyüş meydanına çevrilib. Qeyd olunan qruplaşma vətəndaş müharibəsi dövründə Cənubi Sudanın tərəfində çıxış edib. Qruplaşma üzvləri 2011-ci ilin iyulunda müstəqil Cənubi Sudan yaradıldıqdan sonra da tərksilah olmaq istəməyiblər.

Keçən ilin sentyabrında Əddis Əbəbədə Hartum və Cubə arasında bağlanmış razılaşma iki dövlət arasında demilitarizasiya olunmuş bufer zonasının yaradılmasını və üsyançılara dəstək göstərməməyi nəzərdə tutur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR