Cəlilabadda yol tikintisinə 2,1 milyon manat ayrılıb

Cəlilabadda yol tikintisinə 2,1 milyon manat ayrılıb
# 22 iyul 2016 16:17 (UTC +04:00)

Bakı-APA. Azərbaycan prezidenti İlham Əliyev Cəlilabad rayonunun Cəlilabad-Astanlı-Cəngan-Soltankənd avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında

sərəncam imzalayıb. APA-nın xəbərinə görə, sərəncama əsasən 20 min əhalinin yaşadığı 23 yaşayış məntəqəsini birləşdirən Cəlilabad-Astanlı-Cəngan-Soltankənd avtomobil yolunun tikintisinin başa çatdırılması məqsədi ilə Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində “Avtomobil Yolları” Məqsədli Büdcə Fondunda nəzərdə tutulmuş vəsaitdən 2,1 milyon (iki milyon bir yüz min) manat ayrılıb.

Maliyyə Nazirliyi və “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinə nəzərdə tutulan məbləğdə maliyyələşməni və tikinti işlərini müəyyən olunmuş qaydada təmin etmələri tapşırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR