Türkiyə kriminal aləminin liderlərindən Olqun Peker güllələnib

Türkiyə kriminal aləminin liderlərindən Olqun Peker güllələnib
# 06 aprel 2013 08:01 (UTC +04:00)

APA-nın məlumatına görə, nəticəsi əvvəlcədən razılaşdırılmış oyunlar qalmaqalının əsas siması sayılan Olqun Peker Şişlidə gecə klubunda naməlum şəxs tərəfindən vurulub. Həmin şəxs Olqun Pekerin ayağına bir neçə dəfə atəş açıb. Alman Xəstəxanasına çatdırılan yaralı həkim nəzarətindədir. Hadisə yerində araşdırma aparılır.

Qeyd edək ki, əslən Giresundan olan Olqun Pekerin Türkiyənin kriuminal aləminin liderlərindən biri olduğu iddia edilir. 2008-ci ildə Giresunsporun prezidenti seçilən Olqun Peker klubun uğursuz çıxışlarından sonra istefa vermiş, klub prezidenti postuna seçkilərdə baş verən qalmaqallar səbəbilə həbs olunmuşdu. O hazırda nəticəsi əvvəlcədən razılaşdırılmış oyunlar qalmaqalının bir nömrəli şahidi hesab olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR