Bakı Fond Birjasında ticarət qaydaları dəyişdirilib

Bakı Fond Birjasında ticarət qaydaları dəyişdirilib
# 26 yanvar 2013 10:48 (UTC +04:00)

BFB-dən «APA-Economics»ə verilən məlumata görə, fevralın 1-dən etibarən birja fasiləsiz ticarətə keçid üzrə yeni mərhələyə start verir.

Bundan sonra BFB-nin ticarət sistemində əqdlərin bazarda mövcud olan ən yaxşı qiymətlə dərhal bağlanılması mümkün olacaq. Eyni zamanda, bazarda ədalətli qiymətlərin formalaşması, şəffaflığın artırılması və investorların maraqlarının müdafiəsi məqsədilə eyni bir broker şirkətinin həm alıcı, həm də satıcı tərəf olduğu əqdlər (kross əqdlər) qabaqcadan müəyyən edilmiş müddət ərzində bazara açıqlanacaq və digər birja üzvləri tərəfindən daha rəqabətli qiymətlərin təklif olunması üçün şərait yaranacaq.

Sözügedən yenilik “2011-2020-ci illərdə Azərbaycan Respublikasında qiymətli kağızlar bazarının inkişafına dair Dövlət Proqramı” da nəzərdə tutulmuş bazarın institusional inkişafı istiqamətində həyata keçirilir.

Yeni metodikanın tətbiqi BFB-də ədalətli və real bazar qiymətlərinin formalaşmağı üçün zəmin yaratmaqla, bazarın dərinliyinin artırımasına, həmçinin tələb və təklifin stimullaşdırılmasına xidmət edəcəkdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR