Azərbaycanda bəzi çaylarda daşqınlar olacaq

Azərbaycanda bəzi çaylarda daşqınlar olacaq
# 10 aprel 2013 10:23 (UTC +04:00)

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyevin APA-ya verdiyi məlumata görə, bunun nəticəsində Böyük və Kiçik Qafqazın, Naxçıvan Muxtar Respublikasının çaylarında sululuqda artım müşahidə olunub.

Kür və Araz çaylarının yuxarı hissəsində aprelin 1-dən bu günə qədər suyun səviyyəsində 75-80 sm artım qeydə alınıb. Kürün aşağı hissələrində isə suyun səviyyəsində dəyişiklik müşahidə olunmur. Hazırda Kür çayında sabit sululuq müşahidə olunmaqdadır.

A. Verdiyev deyib ki, aprel və may aylarının ayrı-ayrı günlərində Böyük Qafqazın cənub yamaının bəzi çaylarından qısamüddətli daşqınların keçəcəyi gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR