DİN Qaradağ rayonunda baş verən avtobus qəzası ilə bağlı məlumat yayıb

DİN Qaradağ rayonunda baş verən avtobus qəzası ilə bağlı məlumat yayıb
# 07 aprel 2015 09:51 (UTC +04:00)

Bakı. Fuad Cəfərov – APA. Daxili İşlər Nazirliyi (DİN) Qaradağ rayonunda baş verən yol-nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb.

APA-nın nazirliyin saytına istinadən verdiyi məlumata görə, aprelin 6-da saat 18.00 radələrində Qaradağ rayonunun Lökbatan qəsəbəsində Bakı şəhər sakini Zakir Mirzəyevin idarə etdiyi “Mercedes” markalı mikroavtobus və Gürcüstan vətəndaşı Polad Quliyevin idarə etdiyi “Daewoo” markalı 194 saylı xətt avtobusu toqquşub. Qəzadan sonra sürücülər avtomobillərdən düşərək mübahisə ediblər. Bu zaman Salyan rayon sakini Cahid Babayev idarə etdiyi “Daewoo” markalı, 211 saylı xətt avtobusu ilə hər iki sürücünü və onların idarə etdikləri avtomobilləri vurub. Nəticədə P.Quliyev xəstəxanaya aparılarkən yolda ölüb, Z.Mirzəyev və 6 sərnişini xəstəxanaya yerləşdirilib.

Qaradağ Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR