Ağdamda yol qəzası olub, ölən və xəsarət alanlar var - YENİLƏNİB

Ağdamda yol qəzası olub, ölən və xəsarət alanlar var - YENİLƏNİB
# 01 may 2024 15:39 (UTC +04:00)

Ağdamda ölümlə nəticələnən yol qəzasında 5 nəfər xəsarət alıb.

APA-nın xəbərinə görə, 2003-cü il təvəllüdlü Əliyev Fateh Xaliq oğlu, 1966-cı il təvəllüdlü Əliyev Vidadi Süleyman oğlu, 1992-ci il təvəllüdlü Səfərli Türkan Əlihikmət qızı, 1998-ci il təvəllüdlü Qəribli Nüvər Zaur qızı və 1991-ci il təvəllüdlü Quliyeva Pərvanə Qüdrət qızı Ağdam rayon mərkəzi xəstəxanasına çatdırılıb.

İlkin tibbi yardım göstərildikdən sonra Bərdə rayon mərkəzi xəstəxanasına göndəriliblər.

Qeyd edək ki, qəza nəticəsində 1997-ci il təvəllüdlü Zülfiyyə Zeynallının öldüyü bildirilir.

***

14.27

Ağdamda yol qəzası olub.

APA-nın Qarabağ bürosu xəbər verir ki, hadisə rayonun Quzanlı qəsəbəsində qeydə alınıb. 77-YD-327 dövlət qeydiyyat nişanlı, "Mercedes" markalı avtomobillə 02-BU-150 nömrə nişanlı, "VAZ" markalı avtomobil toqquşub. Qəza nəticəsində 1997-ci il təvəllüdlü Zülfiyyə Zeynallı ölüb.

Xəsarət alan 4 nəfər isə xəstəxanaya yerləşdirilib.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis kapitanı Aslan Qiyaslı APA-ya faktı təsdiqləyib.

Bildirib ki, faktla bağlı Ağdam rayon Polis Şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR