«Zamin Bank» son bir ildə istehlak kreditləşməsini kəskin artırıb

«Zamin Bank» son bir ildə istehlak kreditləşməsini kəskin artırıb
# 06 fevral 2013 14:13 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın «Zamin Bank» ASC-nin aktivlərinin həcmi 2013-cü il yanvarın 1-nə 378,779 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 5,6% çoxdur.


Bankdan «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 9,2% artaraq 237,086 mln. manata çatıb. O cümlədən, istehlak kreditlərinin həcmi 179,773 mln. manat təşkil edib ki, bu da 2012-ci ilin əvvəlinə olan göstəriciyə nisbətən 2,7 dəfə çoxdur. Eyni zamanda vaxtı keçmiş kreditlərin həcmi il ərzində 1,6 dəfə artaraq 9,785 mln. manata çatıb. Vaxtı keçmiş kreditlərin kredit portfelində xüsusi çəkisi isə 1,3 faiz bəndi artaraq 4,1%-ə çatıb.

Bankın depozit portfeli 2012-ci ildə 8,6% azalaraq 101,590 mln. manata enib. O cümlədən, əhalinin əmanətlərinin həcmi 79,163 mln. manata bərabər olub ki, bu da illik müqayisədə 11,6% azdır.


Ötən il ərzində bankın məcmu kapitalı 57,0% artaraq 42,661 mln. manat, o cümlədən nizamnamə kapitalı 1,7 dəfə artaraq 37,182 mln. manat təşkil edib.


Təhlil olunan dövr ərzində bankın cəmi müştərilərinin sayı 18,9% artaraq 128 129, o cümlədən fiziki şəxslərin sayı 19,9% artaraq 119 119, hüquqi şəxslərin sayı 7,3% artaraq 8 938 olub. Bankın dövriyyədə olan plastik kartlarının sayı 2013-cü ilin yanvarın 1-nə 27 292-yə bərabər olub ki, bu da illik müqayisədə 15,5% azdır. O cümlədən, debet kartların sayı 2012-ci ildə 14,8% azalaraq 26 481-ə, kredit kartların sayı 30,6% azalaraq 811-ə enib.


Hazırda bankın ölkə üzrə 38 filialı, 38 bankomatı, 1 891 POS-terminalı fəaliyyət göstərir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR