Azərbaycanlı deputat AŞPA komitəsinin iclasına qatılacaq

Azərbaycanlı deputat AŞPA komitəsinin iclasına qatılacaq
# 11 mart 2013 14:23 (UTC +04:00)

Bakı. Mübariz Aslanov - APA. Azərbaycan Milli Məclisinin AŞ PA-dakı nümayəndə heyətinin üzvü Sabir Hacıyev qurumun Siyasi işlər və demokratiya komitəsinin iclasında iştirak etmək üçün martın 12-dən 15-dək Mərakeşin Rabat şəhərində səfərdə olacaq. Parlamentin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, iclasda Avropa Şurası Parlament Assambleyasının Mərakeş parlamenti ilə demokratiya üzrə tərəfdaşlığının qiymətləndirilməsi, Avropada dini icmalara qarşı zorakılıq, Yaxın Şərqdə vəziyyət və digər məsələlər müzakirə olunacaq, Əfqanıstandan narkotik maddələrin axınının güclənməsi Avropada təhlükəsizliyə təhdid kimi nəzərdən keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR