Millət vəkili: “2013-cü ildə Azərbaycan iqtisadiyyatına Ermənistana nisbətən 20 dəfə çox investisiya qoyulub”

Millət vəkili: “2013-cü ildə Azərbaycan iqtisadiyyatına Ermənistana nisbətən 20 dəfə çox investisiya qoyulub”
# 01 oktyabr 2014 11:47 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Azərbaycan və Rusiya arasında Həştərxan (Rusiya) şəhərində imzalanan investisiyaların qarşılıqlı müdafiəsi və təşviqinə dair hökumətlərarası sazişin imzalanması böyük əhəmiyyət kəsb edir.

APA-Economics”in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə bildirib.

Onun sözlərinə görə, artıq Azərbaycanın borc alan ölkədən borc verən ölkəyə çevrilib. "Biz nəinki investisiyalar cəlb etmirik, həm də xaricdə yatırımlar edirik. Bu, ölkəmizin maliyyə imkanlarının genişlənməsinin göstəricisidir. Eyni zamanda, qonşu ölkələrlə iqtisadi və siyasi əməkdaşlıq hər iki xalq üçün vacib şərtdir”.

Millət vəkili hesab edir ki, Azərbaycan əldə olunan razılaşmalardan rasional istifadə edə bilir və ölkələr arasında münasibətlər daha da yaxşılaşacaq.

“2013-cü ildə Azərbaycan iqtisadiyyatına Ermənistanda nisbətən 20 dəfə çox investisiya qoyulub. Bu, Azərbaycana göstərilən etimadın səviyyəsini göstərir”, - deyə Z. Səmədzadə qeyd edib.

O bildirib ki, Azərbaycanın ümumi daxili məhsulu (ÜDM) Cənubi Qafqaz ölkələrinin ÜDM-nin 75%-ni təşkil edir: “Bunların hamısı Azərbaycana etimad göstərilməsi və ölkədə sağlam investisiya şəraitinin yaradılmasından xəbər verir. Bu o deməkdir ki, Azərbaycana inanırlar və bundan rasional şəkildə istifadə etmək lazımdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR