Azərbaycanda əhalinin alıcılıq qabiliyyəti indeksi artmağa başlayıb

Azərbaycanda əhalinin alıcılıq qabiliyyəti indeksi artmağa başlayıb
# 19 mart 2013 14:12 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda əhalinin alıcılıq qabiliyyəti indeksi 2013-cü ilin yanvar-fevral ayları üzrə 1,26 bənd təşkil edib. «APA-Economics»in Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara görə, bu, 2013-cü ilin analoji yanvar göstəricisindən 0,13 bəndi çoxdur:

Əhalinin alıcılıq qabiliyyəti indeksi əhalinin pul gəlirlərinin pərakəndə əmtəə dövriyyəsi və əhaliyə göstərilən pullu xidmətlərin məcmusuna nisbətidir. Həmin nisbət əhalinin gəlirlərinin xərclərini üstələmə səviyyəsini və əhalinin sərəncamında qalan vəsaitlərin həcmini göstərir.

Cədvəldən göründüyü kimi, hər ilin yanvarında əhalinin alıcılıq qabiliyyətinin kəskin aşağı düşməsi müşahidə olunur, sonrakı bir-iki ay ərzində isə tədricən artır və nəticədə, indeks son illər ərzində artıq normaya çevrilən 1,4-1,5 bənd səviyyəsində qalır. Qeyd edək ki, indeksin mart-dekabr aylarında 1,4-1,5-lik səviyyədən kənara çıxması artıq makroiqtisadi problemlərin olduğunu əks etdirir. Hazırda isə dinamika hər il müşahidə olunan ssenariyə uyğundur.

Ümumilikdə, yanvar-fevral aylarında pərakəndə ticarət dövriyyəsi 2,848 mlrd. manat, əhaliyə göstərilən pullu xidmətlərin dəyəri 943 mln. manat, əhalinin məcmu gəlirləri isə 4,786 mlrd. manat təşkil edib. Beləliklə, gəlirlər əsas xərcləri 995 mln. manat və ya cəmi 26,2% üstələyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR