Vergilər Nazirliyi yanında Vergi auditi Departamentində «Açıq qapı günü» keçirilib - FOTO

Vergilər Nazirliyi yanında Vergi auditi Departamentində  «Açıq  qapı günü» keçirilib - <span style="color: red;">FOTO
# 06 mart 2013 09:53 (UTC +04:00)

Bakı. Əli Əhmədov – APA-Economics. Bu gün Vergilər Nazirliyi yanında Vergi auditi Departamentində «Açıq qapı günü» keçirilib. Tədbirin keçirilməsində məqsəd KİV nümayəndələrini vergi xidmətinin əsas fəaliyyət istiqamətlərindən biri olan vergi auditinin təkmilləşdirilməsi və səyyar vergi yoxlamalarının artırılması istiqamətində görülən işlərlə tanış etmək olub.


Vergi auditi Departamentinin rəisi Habil Məmmədov KİV nümayəndələrinə Departamentinin əsas fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verib. KİV təmsilçiləri Departamentin inzibati binası, iş otaqları, o cümlədən kamera ilə təchiz edilmiş vətəndaşların qəbul otağı ilə yaxından tanış olublar.

Qeyd edək ki, Vergilər Nazirliyi yanında Vergi Auditi Departamenti 2009-cu il martın 19-da yaradılıb. Hazırda Departamentin strukturuna təmir-tikinti, topdan ticarət, istehsal, rabitə və nəqliyyat, təhsil, səhiyyə, maliyyə və digər xidmət sahələri, ictimai iaşə və pərakəndə ticarət sahələri üzrə audit idarələri daxildir.


KİV nümayəndələrinin nəzərinə çatdırılıb ki, Departamentin fəaliyyətinin səmərəliliyinin artırılması məqsədilə onun maddi-texniki bazası yeniləşdirilib, əməkdaşlar operativ nəzarət sahəsinə aid olan qanunvericilik sənədləri toplanmış qovluqlar, kompyuter tipli informasiya daşıyıcıları, həmçinin nəzarətin çevikliyinin təmin edilməsi baxımından müasir texniki tələblərə cavab verən radio-rabitə vasitələri ilə təchiz edilib. Tətbiq edilmiş innovativ yeniliklər nəticəsində hazırda Departamentin əməkdaşları vergi ödəyicilərinin və təsərrüfat subyektlərinin onlayn qeydiyyata alınması, bank hesabının açılması, NKA-ların qeydiyyata qoyulması kimi məsələləri elektron şəkildə keçirilə bilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR