Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Assambleya Bürosunun 47-ci iclası keçirilib

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Assambleya Bürosunun 47-ci iclası keçirilib
# 26 noyabr 2012 10:41 (UTC +04:00)

Bakı. Pərvin Abbasov – APA. Bakıda keçirilən Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisi (QİƏT PM) Baş Assambleyasının 40-cı plenar sessiyası çərçivəsində qurumun Assambleya Bürosunun 47-ci iclası olub. APA-nın məlumatına görə, iclasda çıxış edən Milli Məclisin və QDİƏT PM-in sədri Oqtay Əsədov bildirib ki, QDİƏT çərçivəsində keçirilən bütün görüşlər əməkdaşlığın inkişafı üçün geniş imkanlar açır: “İnanıram ki, Bakıda keçirilən bu görüş, eləcə də müzakirə olunan məsələlər və qəbul olunan qərarlar həm QDİƏT çərçivəsində, həm də ikitərəfli formatda əlaqələrimizin inkişafına təkan verəcək. Eyni zamanda, QDİƏT-in gələcək fəaliyyətinin səmərəliliyinin artırılması üçün faydalı olacaq”.

İclasın gündəliyi müzakirə olunaraq təsdiqlənib.

Büronun keçən il keçirilən 46-cı büro iclasının protokolları, Parlament Məclisinin Bakıda keçirilən iki komitəsinin tövsiyə xarakterli qərarları, 40-cı ümumi iclasın gündəliyinə daxil olunan məsələlərə baxılıb, müvafiq qərarlar qəbul olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR