Dow Jones indeksi 0,1%, S&P 500 0,1% yüksəlib, Nasdaq 0,1% enib

Dow Jones indeksi 0,1%, S&P 500 0,1% yüksəlib, Nasdaq 0,1% enib
# 07 fevral 2013 06:29 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-ECONOMICS. Fevralın 6-da Amerika fond bazarında Dow Jones indeksi 0,1% - 13 987 bəndədək, S&P 500 0,1% - 1 512 bəndədək yüksəlib, Nasdaq 0,1% - 3 169 bəndədək enib. «APA-ECONOMICS»in məlumatına görə, ABŞ fond bazarında kotirovkaların dinamikasına korporativ hesabatlar təsir edib.

Avropa fond bazarlarında fevralın 6-da FTSE 100 indeksi 0,2% - 6 295 bəndədək yüksəlib, Almaniya DAX-ı 1,1% - 7 581 bəndədək, Fransa CAC-40-ı 1,4% - 3 643 bəndədək enib.

COMEX-də qızılın bir unsiyasının qiyməti 0,4% artaraq 1 680,0 dollara bərabər olub.


Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3514 (-0,5%) dollar təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR