Fransa səfiri: “Xəzər dənizinin böyük hissәsi quruya bilәr”

Fransa səfiri: “Xəzər dənizinin böyük hissәsi quruya bilәr”
# 27 may 2015 14:27 (UTC +04:00)

APA-nın mәlumatına görә, bunu Fransanın Azәrbaycandakı sәfiri Paskal Mönye deyib.

Onun sözlәrinә görә, tәdbir dövlәt vә hökumәt başçıları sәviyyәsindә keçirilәcәk.

O bildirib ki, hәr bir ölkәnin konfransa öz töhfәsini verәcәyi gözlәnilir: "Dünyada müxtәlif tәbii fәlakәtlәr gözlәnilir. Qlobal quraqlıq sәbәbindәn kütlәvi miqrasiya baş verә bilәr. Yüz miyonlarla insanın hәyatı dәyişә bilәr. Hәtta Xәzәr dәnizi dә iqlim dәyişikliyinә mәruz qala, quraqlıq baş verә vә dənizin böyük hissәsi quruya bilәr. Bütün dövlәtlərin bu kimi məsələlərlə bağlı töhfәlәr verəcəyi gözlәnilir”.

Səfir qeyd edib ki, artıq bəzi ölkәlәr öz tәkliflәrini göndәrib: “2080-ci ildә 1-3 milyard insan bu problemlәrdәn әziyyәt çәkә bilәr. Ümumiyyәtlә insanlar, adәtlәr dәyişmәlidir".

Xatırladaq ki, iqlim dәyişikliyi ilә bağlı konfrans 30 noyabr-11 dekabr tarixlərindә Fransada keçirilәcәk.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR