"Azərsu"nun əməkdaşları Çin təcrübəsini öyrənib - FOTO

"Azərsu"nun əməkdaşları Çin təcrübəsini öyrənib - <span style="color: red;">FOTO
# 04 may 2015 09:52 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. “Azərsu” ASC ilə Fransanın “Suez Environnement” şirkəti arasında bağlanmış “Praktiki təlim, nou-hau ötürülməsi və texniki yardıma dair müqavilə” çərçivəsində cəmiyyətin mütəxəssislərindən ibarət nümayəndə heyəti aprelin 20-25-də Çinin tədris ekspedisiyasında olublar.

“Azərsu”dan “APA-Economics”ə verilən məlumata görə, tədris ekspedisiya qrupuna “Azərsu”nun Tikilməkdə Olan Obyektlərin Müdiriyyətinin, Təlim-Tədris Mərkəzi və insan resursları üzrə struktur bölmələrinin əməkdaşları daxil edilib.

Səfər müddətində “Azərsu” mütəxəssisləri Çinin “Makao” və “Çongqing” su şirkətlərində, “Pilar Point” və “Tangjiato” Çirkab Su Təmizləmə şirkətlərində və Şanxay Kimya Sənaye Parkında ekspedisiyada olub, həmin müəssisələrin istehsalat sahələri ilə yaxından tanış olmaq imkanı əldə ediblər. Mütəxəssislərə içməli su və kanalizasiya sistemlərinin idarə olunması, su şirkətlərinin menecment prinsipləri, zəng mərkəzinin fəaliyyəti, laboratoriyalarda işin təşkili, çirkab su təmizləmə qurğularının idarə olunması, SCADA sistemləri barədə ətraflı məlumat verilib.

“Azərsu” əməkdaşları həmin müəssisələrdə təlim-tədris işinin təşkili, işə qəbul, sənədləşmə, əmək haqqı sistemləri, dərəcələndirmə proseduru və digər zəruri sahələrin iş prinsipləri və idarəetmə metodologiyaları ilə yaxından tanış olub, təcrübə mübadiləsi aparıblar.

Ekspedisiya müddətində qazanılmış təcrübənin cəmiyyətin aidiyyəti struktur bölmələrinin işçiləri ilə bölüşmək məqsədi ilə yaxın günlərdə təqdimatın keçirilməsi planlaşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR