Fələstin tərəfinin 8 maddəlik atəşkəs formulunu qəbul etdiyi xəbər verilir

Fələstin tərəfinin 8 maddəlik atəşkəs formulunu qəbul etdiyi xəbər verilir
# 19 avqust 2014 10:24 (UTC +04:00)

Bakı. Rüfət Əhmədzadə – APA. Misirdə sabit atəşkəsin təminatı üçün keçirilən danışıqlarda Fələstin tərəfinin 8 maddəlik atəşkəs formulunu qəbul etdiyi bildirilir. APA-nın xəbərinə görə, bu barədə “Anadolu” Agentliyi Misir hakimiyyətindəki mənbələrinə istinadən məlumat yayıb.

Məlumata görə, Fələstin hökuməti atəşkəs formulunu qəbul etsə də, hələlik İsrail tərəfi öz mövqeyini açıqlamayıb. Qeyd olunub ki, fələstinli qruplar Qəzza üzərindəki blokadanın aradan qalxması və sərhəd qapılarının açılması şərtləri ilə atəşkəs formulunu qəbul edəcəklərini ifadə ediblər.

Bundan başqa, atəşkəs formuluna beynəlxalq müşahidəçilərin nəzarəti altında bölgəyə inşaat avadanlıqlarının gətirilməsi, Rami Hamdallahın sədrliyi ilə Fələstin hökumətinin Qəzzada möhkəmlənməsi, qəzzalı balıqçılar üçün ov məsafəsinin artırılması da daxildir.

Bununla yanaşı, İsrail mətbuatında yazılanlara görə, hazırda İsrailin baş naziri Benyamin Netanyahu, müdafiə naziri Moşe Yalon, Baş Qərargah rəisi Benni Qantz və Ümumi Təhlükəsizlik Xidmətinin rəhbəri Yoram Koen bir araya gələrək, atəşkəs formulunu müzakirə edirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR