Beynəlxalq İpək Yolu Musiqi Festivalı başa çatıb

Beynəlxalq İpək Yolu Musiqi Festivalı başa çatıb
# 07 iyul 2014 09:03 (UTC +04:00)

Bakı. Cavid Zeynalov – APA. Şəkidə keçirilən V Beynəlxalq İpək Yolu Musiqi Festivalı başa çatıb. APA-nın məlumatına görə, beş gün davam edən festivalda musiqisevərlər Hindistan, Çin, Türkiyə, Rusiya, Azərbaycanın teatr, musiqi, rəqs və folklor kollektivlərinin konsert proqramlarını izləyiblər.

Festival çərçivəsində TÜRKSOY-a üzv ölkələrin rəssamlarının sərgisi açılıb, türkdilli ölkələrin milli geyimlərindən ibarət moda sərgi nümayiş etdirilib.

Bağlanış mərasimində Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə və festivalın təşkilat komitəsinin üzvü, “Mədəni İrsin Qorunmasına Dəstək” İctimai Birliyinin rəhbəri Dünyamin Xəlilov çıxış edərək musiqi tədbirinin keçirilməsinə görə Şəki Şəhər İcra Hakimiyyətinin rəhbərliyinə minnətdarlığını bildiriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR