Ukrayna XİN-i Rusiyaya qarşı iqtisadi sanksiyalar paketini hazırlayıb

Ukrayna XİN-i Rusiyaya qarşı iqtisadi sanksiyalar paketini hazırlayıb
# 03 avqust 2015 22:02 (UTC +04:00)

Bakı-APA. Ukrayna xarici işlər nazirliyi Krımla bağlı Rusiyaya qarşı iqtisadi sanksiyalar paketini hazırlayıb

APA-nın UNN agentliyinə istinadən verdiyi məlumata görə, bunu Ukraynanın xarici işlər naziri Pavel Klimkin ICTV kanalına müsahibəsində bəyan edib.

“Sanksiyalar paketi hazırdır və Nazirlər Kabinetinə artıq göndərilib. Ümid edirəm ki, sənəd təsdiq ediləcək”, deyə P.Klimkin bildirib.

Onun sözlərinə görə, Rusiya Krımla bağlı danışıqlara getmək məcburiyyətində qalacaq. “Əminəm ki, belə olacaq. Bunun səbəbi tək sanksiyalar deyil, iqtisadi durumdadır. Sanksiyalar altında heç bir iqtisadi inkişafdan söhbət gedə bilməz”, P.Klimlin əlavə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR