Azərbaycanda buraxılış imtahanlarının nəticələri elektron imza ilə təsdiqlənəcək

Azərbaycanda buraxılış imtahanlarının nəticələri elektron imza ilə təsdiqlənəcək
# 27 may 2015 14:42 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev – APA-Economics. Buraxılış imtahanlarının və yekun qiymətləndirmənin nəticələri onlayn rejimində elektron imza ilə imzalanmış şəkildə təhsil müəssisələrinə təqdim ediləcək. Bundan sonra isə dövlət nümunəli təhsil sənədlərinin məzunlara verilməsi prosesi başlayacaq.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, müvafiq prosedur ümumtəhsil məktəbləri üçün bu ilin 10 iyul tarixindən 1 sentyabr tarixinədək yerinə yetiriləcək.

Peşə liseyləri üçün isə 10 apreldən başlayan bu prosesin sentyabrın 1-də başa çatdırılması nəzərdə tutulur. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından bildirilib ki, “Təqvim planı”na əsasən, hər bir məzuna verilən dövlət nümunəli təhsil sənədinin seriyasının, nömrəsinin, verilmə tarixinin, şagirdin təhsil müəssisəsini medalla bitirməsi haqqında məlumatın “Şagird-məzun” sistemində qeyd edilməsi üçün ümumtəhsil məktəbləri üzrə 10.07.2015-10.09.2015; peşə liseyləri üzrə isə 10.04.2015-10.09.2015 tarixləri müəyyənləşdirilib.

Ümumtəhsil məktəblərinin əlaqələndiriciləri şagirdlər haqqında “Şagird-məzun” sisteminə daxil edilmiş hər hansı bir məlumatda dəyişiklik baş verdikdə bu dəyişikliyin sistemdə dərhal nəzərə alınması prosesini iyun ayının 15-nə qədər apara biləcəklər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR