Argentinanın kosmik-nüvə sənayesi şirkətinin nümayəndə heyəti Azərbaycana gəlib

Argentinanın kosmik-nüvə sənayesi şirkətinin nümayəndə heyəti Azərbaycana gəlib
# 18 fevral 2013 13:40 (UTC +04:00)

Bakı. Anaxanım Hidayətova - APA. Argentinanın “İNVAP” kosmik-nüvə sənayesi şirkətinin nümayəndə heyəti Azərbaycanda səfərdədir.

Argentinanın Azərbaycandakı səfirliyindən APA-ya verilən məlumata görə, şirkətin icraçı direktorunun başçılıq etdiyi nümayəndə heyətinin səfər çərçivəsində “Azərkosmos”da, İqtisadi İnkişaf, Rabitə və İnformasiya Texnologiyaları, Sənaye və Energetika nazirliklərində, eləcə də Azərbaycan Milli Ellər Akademiyasında görüşləri planlaşdırılıb.

Səfərin əsas məqsədi kosmik-nüvə sahəsində əməkdaşlıq imkanları ilə tanışlıqdan ibarətdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR