Nakao: “Asiya İnkişaf Bankı Asiya İnfrastruktur İnvestisiya Bankı ilə əməkdaşlığı dərinləşdirəcək”

Nakao: “Asiya İnkişaf Bankı Asiya İnfrastruktur İnvestisiya Bankı ilə əməkdaşlığı dərinləşdirəcək”
# 04 may 2015 09:36 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. Asiya İnkişaf Bankı (AİB) maliyyə vəsaitlərinin ayrılması üçün yeni layihə və proqramların müəyyənləşdirilməsi məqsədilə üzv ölkələrlə fəal çalışır.

APA-Economics”in xəbərinə görə, bunu AİB prezidenti Takehiko Nakao bankın Rəhbərlər Şurasının 48-ci İllik Toplantısı zamanı “Asiya və Sakit okeanı ölkələrində davamlı inkişafın miqyasının genişləndirilməsi: daha yaxşı, güclü, və çevik Asiya İnkişaf Bankı” mövzusunda keçirilən seminarda deyib.

“Biz həmçinin birgə maliyyələşdirmə imkanlarının maksimuma çatdırılmasını davam etdirəcəyik”, - deyə T. Nakao qeyd edib.

AİB prezidenti əlavə edib ki, onun rəhbərlik etdiyi bank Asiya İnfrastruktur İnvestisiya Bankı (AİİB) ilə əməkdaşlıq edəcək və birgə maliyyələşdirmə fəaliyyətlərinə qoşulacaq.

“Regionun böyük maliyyə ehtiyaclarını nəzərə alaraq, qeyd olunan birləşmə nəticəsində yaranan daha güclü kreditləşdirmə potensialı tədricən bəs etməyə bilər və gələcəkdə kapitalın artırılması üçün sizin dəstəyiniz üçün müraciət edə bilərik”, - deyə T. Nakao qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR