Mərkəzi Bank sərt pul siyasəti həyata keçirir

Mərkəzi Bank sərt pul siyasəti həyata keçirir
# 01 may 2024 12:38 (UTC +04:00)

Hesablamalar onu göstərir ki, bizim neytral uçot faiz dərəcəmiz 6-7 faiz aralığındadır. Həmin məntiqlə getsək görərik ki, biz hələ sərt pul siyasəti həyata keçiririk çünki, ölkədə uçot faiz dərəcəsi 7.25% dir.

"APA-Economics" xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov deyib.
O bildirib ki, hal hazırda pul siyasətimizi yumşalma, neytrallaşdırma istiqamətində planlaşdırırıq.

"Qlobal və xarici iqtisadiyyatlatda kəskin dəyişmələr olmasa, faiz dəhlizinin parametrlərinin dəyişməsinin saxlanmasını nəzərdə tuturuq" - deyə Taleh Kazımov əlavə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR