«Bolkart» sahiblərinə parfümeriya və kosmetika məhsulları üçün 30%-dək endirim təklif olunur

«Bolkart» sahiblərinə parfümeriya və kosmetika məhsulları üçün 30%-dək endirim təklif olunur
# 11 fevral 2013 12:18 (UTC +04:00)

Bakı - APA-Economics. Azərbaycanın «Bank of Baku» ASC və «İdeal Perfumery&Cosmetics» şirkəti qarşıdan gələn 14 fevral - Sevgililər günü ilə əlaqədar endirim kampaniyası elan edir. Bankdan «APA-Economics»ə verilən məlumata görə, fevralın 15-nə qədər «Bolkart» və «İdeal kart» sahibləri «İdeal» mağazalar şəbəkəsində 30%-dək endirimdən faydalana bilərlər.

Endirim kampaniyası çərçivəsində hər bir «Bolkart» və «İdeal kart» sahibi «Calvin Klein», «Chopard», «Hugo Boss», «Dupont», «Trussardi» və dünya şöhrətli digər parfümeriya və kosmetika məhsullarını əldə edə bilər. Beləliklə, tanınmış brend məhsullarını indi alıb, dəyərini növbəti aylar ərzində bərabər hissələrlə ödəmək olar.

Xatırladaq ki, bir müddət öncə «Bank of Baku» hissə-hissə ödəniş layihəsi çərçivəsində «İdeal Perfumery&Cosmetics» şirkəti ilə birgə «İdeal» kobrend kartını dövriyyəyə buraxıb və bu gün artıq on minlərlə şəxs ən müasir parfümeriya məhsullarını məhz bu kredit kartı ilə əldə edir.

Azərbaycanın ən populyar kredit kartı olan «Bolkart»la isə ölkənin 500-dən çox geyim, parfümeriya, kompüter, mobil telefon, məişət texnikası mağazalarında, həmçinin restoran və supermarketlərdə alış-veriş etmək olar. «Bolkart» əldə edən şəxslərin sayı 60 minə yaxınlaşıb. «Bolkart»ı həm onlayn rejimdə (http://www.bolkart.az), həm də «Bank of Baku»nun istənilən filialı vasitəsilə sifariş etmək olar.

Kampaniyanın təfsilatları ilə yaxından tanış olmaq üçün «Bank of Baku»nun 145 nömrəli Məlumat Mərkəzi ilə əlaqə saxlamaq, habelə http://www.facebook.com/Bolkart sosial şəbəkəsinə baş çəkmək mümkündür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR