Qənirə Paşayeva Pakistan parlamentinin komitə sədri ilə görüşüb - FOTO

Qənirə Paşayeva Pakistan parlamentinin komitə sədri ilə görüşüb - <span style="color: red;">FOTO
# 18 mart 2013 09:53 (UTC +04:00)

Bakı – APA. Millət vəkili, Azərbaycan-Pakistan parlamentlərarası dostluq qrupunun üzvü Qənirə Paşayeva Azərbaycanda səfərdə olan Pakistan parlamentinin komitə sədri, Azərbaycan-Pakistan parlamentlərarası dostluq qrupunun üzvü xanım Rubina Saadat Qaimxani ilə görüşüb.

APA-nın xəbərinə görə, görüşdə Q.Paşayeva bildirib ki, Pakistan Azərbaycan üçün dost, qardaş ölkədir və Azərbaycan xalqı Pakistanın Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı Azərbaycana hər zaman verdiyi dəstəyi yüksək dəyərləndirir. Millət vəkili xatırladıb ki, o istər jurnalist fəaliyyəti zamanı, istərsə də son 7 illik deputatlıq fəaliyyəti dövründə bu ölkəyə səfər edib, orada görüşlər keçirib, həmçinin jurnalist araşdırmaları ilə məşğul olub: “Mən hələ o zamandan Pakistan xalqının və dövlətinin Azərbaycan xalqını və dövlətini nə qədər çox sevdiyini öz gözlərimlə görmüşəm, hiss etmişəm. Pakistan Milli Assambleyası Xocalı soyqırımını rəsmi olaraq tanıyıb və Ermənistanın insanlıq əleyhinə yönəlmiş bu vandalizm hərəkətlərini qətiyyətlə pisləyib, eləcə də Pakistan Azərbaycan torpaqlarını işğalda saxladığı üçün Ermənistanla diplomatik əlaqələr qurmayıb. Azərbaycan xalqı dost və qardaş Pakistan dövlətinin, parlamentinin bu addımını Azərbaycana ən böyük dəstəyi və qiyməti kimi dəyərləndirir".

Millət vəkili iki ölkənin münasibətlərinin inkişafında Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın qardaş Pakistanda həyata keçirdiyi böyük və əhəmiyyətli layihələrin xüsusi rolu olduğunu vurğulayıb.

Pakistan parlamentinin komitə sədri, Azərbaycan-Pakistan parlamentlərarası dostluq qrupunun üzvü xanım Rubina Saadat Qaimxani Azərbaycana səfər etməsindən məmnunluğunu ifadə edib və iki dost, qardaş ölkə olan Pakistanla Azərbaycan arasında əlaqələrin daha da genişlənməsinin və inkişafından məmnun olduğunu, qardaş Azərbaycanın da hər zaman Pakistana böyük dəstək verdiyini və Pakistan dövləti və xalqının da bunu çox yüksək qiymətləndirdiyini deyib. O, xüsusilə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın Pakistanda həyata keçirdiyi böyük təhsil, mədəniyyət, sosial, humanitar layihələri Pakistan dövlətinin çox yüksək qiymətləndirdiyini vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR