Siyəzəndə mağazada baş verən partlayışda bir nəfər xəsarət alıb - YENİLƏNİB

Siyəzəndə mağazada baş verən partlayışda bir nəfər xəsarət alıb - <span style="color: red;">YENİLƏNİB
# 15 iyul 2015 10:04 (UTC +04:00)

APA-nın şimal bürosunun verdiyi məlumata görə, mağazanın sahibi, 1969-cu il təvəllüdlü Atakişiyev Sadiq Mühü oğlu müxtəlif yanıq xəsarətləri ilə Siyəzən Regional Diaqnostika Mərkəzinə yerləşdirilib.

Ona üzün və hər iki qolun birinci və ikinci dərəcəli yanığı diaqnozu qoyulub.

Hadisənin başvermə səbəbləri araşdırılır.

***

12:24

Bakı - APA. Siyəzən şəhərində vətəndaşa məxsus ümumi sahəsi 12 kvadratmetr olan mağazada yanğınla nəticələnən partlayış baş verib.

APA-nın FHN-in saytına istinadən verdiyi məlumata görə, nəticədə mağazada olan 40 litrlik qaz balonundan ikisi partlayıb, mağazanın bir divarı uçub və yanar konstruksiyaları yanıb.

Mağazada olan qaz balonları və bitişik obyektlər yanğından mühafizə olunub.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR