Monteneqroda mitinqin dağıdılması nəticəsində 39 nəfər xəsarət alıb

Monteneqroda mitinqin dağıdılması nəticəsində 39 nəfər xəsarət alıb
# 25 oktyabr 2015 02:48 (UTC +04:00)

Bakı-APA. Monteneqronun paytaxtı Poqoritsada etiraz aksiyası zamanı baş vermiş iğtişaşlar nəticəsində 15 polis əməkdaşı və 24 mülki şəxs xəsarət alıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə ölkənin DİN rəhbəri Raşko Konyeviç bildirib. Qeyd edək ki, polis aksiyanın dağıdılması üçün gözyaşardıcı qazdan istifadə edib.

“Xəsarət alanların əksəriyyəti polisin parlament qarşısında zorakılığa cavab olaraq məcburən istifadə etdiyi kimyəvi maddələrdən zərər çəkib”, deyə o bildirib.

Konyeviç qeyd edib ki, polis dövlət əmlakını və asayişin qorunması üçün xüsusi vasitələrdən istifadə etməyə məcbur olub.

Bundan əvvəl rəsmi qurumlar etirazçıların polis əməkdaşlarına hücum etdiyini bildirib.

Etirazçılar Milo Cukanoviçin rəhbərlik etdiyi Nazirlər Kabinetinin istefaya getməsini, keçid hökumətinin formalaşdırılmasını və ölkənin NATO-ya inteqrasiya olunmasına qarşı çıxış ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR