Monteneqro və Xorvatiya prezidentləri Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin toplantılarını öz ölkələrində keçirilməsini təklif ediblər

Monteneqro və Xorvatiya prezidentləri Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin toplantılarını öz ölkələrində keçirilməsini təklif ediblər
# 26 oktyabr 2015 10:35 (UTC +04:00)

Diasporla İşü zrə Dövlət Komitəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, səfər çərçivəsində eyni zamanda Xorvatiyanın sabiq Prezidentləri Stepan Mesiç və İvo Yosipoviçlə də görüşlər keçirilib.

Görüşlərdə oktyabrın 9-10-da Bolqarıstan Respublikasında təşkil edilmiş Ali Səviyyəli Toplantının nəticələri müzakirə edilib. Bundan başqa, IV Qlobal Bakı Forumu və toplantıda müzakirəyə çıxarılacaq məsələlərlə bağlı geniş fikir mübadiləsi aparılıb, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Avropanı və dünyanı narahat edən mövzuların müzakirə ediləcəyi qlobal bir platforma yaratmasının əhəmiyyəti vurğulanıb. Monteneqro və Xorvatiya prezidentləri təşkilatın növbəti ali səviyyəli toplantılarını öz ölkələrində keçirilməsini təklif edib.

Qlobal Bakı Forumu Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR