Ötən il Azərbaycanda əyarsız 45267 zərgərlik məmulatı aşkarlanıb

Ötən il Azərbaycanda əyarsız 45267 zərgərlik məmulatı aşkarlanıb
# 07 mart 2013 10:00 (UTC +04:00)

APA-nın xəbərinə görə, bu barədə Azərbaycan hökumətinin Milli Məclisə təqdim etdiyi 2012-ci il üçün illik hesabatda qeyd edilib.

Ötən il “Qiymətli metallar və qiymətli daşlar” haqqında qanunun tələblərinə əməl edilməsi ilə bağlı 67 sahibkarlıq subyektində dövlət əyar nəzarəti tədbirləri həyata keçirilib. Nəticədə qanunvericiliyə zidd olaraq dövlət əyar damğası ilə damğalanmayan və üzərində mənşəyi məlum olmayan ad və əyar damğalarının izləri müəyyən olunmuş 45267 zərgərlik məmulatı aşkar edilib.

2012-ci il ərzində bu sahədə həyata keçirilmiş yoxlamalar nəticəsində dövlət büdcəsinə 1833,4 min manat məbləğində dövlət rüsumunun və İnzibati Xətalar Məcəlləsinə əsasən 64,4 min manat məbləğində inzibati cərimələrin ödənilməsi təmin edilib. İl ərzində dövlət büdcəsinə ümumilikdə 2126,1 min manat vəsaitin ödənilməsi təmin olunub.

Ötən il qiymətli metalların və qiymətli daşların emalı və istifadəsi ilə bağlı 22, dövriyyəsi ilə bağlı 395 lisenziya verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR