Binəqədi rayon sakinləri də “ASAN Xidmət”dən yararlana biləcək

Binəqədi rayon sakinləri də “ASAN Xidmət”dən yararlana biləcək
# 07 fevral 2013 13:10 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Fevralın 11-dən etibarən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan 1 saylı “ASAN Xidmət” Mərkəzində yeniliklər ediləcək. Bu barədə APA-ya məlumat verən agentliyin beynəlxalq ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Azad Cəfərli bildirib ki, artıq həmin tarixdən etibarən “ASAN xidmət” mərkəzi Bakı şəhərinin Binəqədi rayonunun sakinləri olan vətəndaşlara da xidmət göstərməyə başlayacaq.

1 saylı Bakı “ASAN xidmət” mərkəzi yanvarın 15-dən etibarən fəaliyyətə başlayıb. Mərkəzdə Nəsimi və Nərimanov rayon sakinləri üçün 9 dövlət orqanı tərəfindən 23 xidmət göstərilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR