Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri bahalaşıb

Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri bahalaşıb
# 10 oktyabr 2014 10:32 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu ilin sentyabr ayında Azərbaycanın kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri əvvəlki ayla müqayisədə 2,1%, o cümlədən birillik və çoxillik bitkilərin istehsalçı qiymətləri uyğun olaraq 6,5 və 3,6% bahalaşıb, diri heyvanlar və heyvandarlıq məhsullarının istehsalçı qiymətləri isə 1,8% ucuzlaşıb.

APA-Economics”in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, birillik bitkilərdən qarğıdalı 0,3%, günəbaxan toxumu 9,5%, quru ot 1,7%, yoncanın istehsalçı qiymətləri 7,4% ucuzlaşıb, buğda 2,1%, arpa 6,6%, lobya 21,7%, xiyar 22,7%, badımcan 11,0%, pomidor 18,1%, kartofun isə istehsalçı qiymətləri 3,2% bahalaşıb.

Çoxillik bitkilərdən şaftalının istehsalçı qiymətləri 20,0%, qoz-fındıq 16,4% bahalaşıb, şabalıd 0,9%, almanın isə istehsalçı qiymətləri 0,7% ucuzlaşıb.

Diri heyvanlar və heyvandarlıq məhsullarından yumurtanın 10,3%, quş əti (diri çəkidə) 3,3%, südün istehsalçı qiymətləri 2,5% ucuzlaşıb, mal əti (diri çəkidə) 0,8%, təbii balın isə istehsalçı qiymətləri 5,4% bahalaşıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR