Azərbaycan prezidenti Böyük Britaniya nümayəndə heyətini qəbul edib

 Azərbaycan prezidenti Böyük Britaniya nümayəndə heyətini qəbul edib
# 07 oktyabr 2014 09:21 (UTC +04:00)

Bakı – APA. Azərbaycan prezidenti İlham Əliyev Böyük Britaniya Baş nazirinin ticarət üzrə səfiri, Lordlar palatasının üzvü Lord Risbinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.


APA-nın məlumatına görə, görüşdə Azərbaycanla Böyük Britaniya arasında ikitərəfli əlaqələrin səviyyəsindən məmnunluq ifadə olunub, bu əlaqələrin genişləndiyi və yaxşı perspektivlərinin olduğu vurğulanıb.

Söhbət zamanı ölkələrimiz arasında münasibətlərin möhkəmləndirilməsində parlamentlərarası əməkdaşlığın önəmi qeyd olunub, qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR