Osloda Nobel Sülh Mükafatının təqdimat mərasimi keçirilir

Osloda Nobel Sülh Mükafatının təqdimat mərasimi keçirilir
# 10 dekabr 2014 13:47 (UTC +04:00)

Bakı. Cavid Zeynallı - APA. Osloda Nobel Sülh Mükafatının təqdimat mərasimi başlayıb.

APA-nın məlumatına görə, mərasimdə Norveç kralı V Harald və kraliça Sonya, Norveç hökumətinin və parlamentinin təmsilçiləri, xarici qonaqlar, o cümlədən, Pakistan və Hindistan hökumətinin başçıları iştirak edir.

Təqdimat mərasimi 1 saat 15 beş dəqiqə çəkəcək. Norveç Nobel Komitəsinin sədri Türbörn Yabland laureatları təqdim edəcək.

Qeyd edək ki, 2014-cü il Nobel Sülh Mükafatına Kaylaş Satirti (Kailash Satryarthi) və Malale Yusafzay (Malala Yousafzay) layiq görülüb. Onlar “Uşaq və gənclərin əzilməsinə qarşı və bütün uşaqların təhsil alması uğrunda apardıqları mübarizə” ilə əlaqədar bu mükafatı alıblar.

Qeyd edək ki, bu il ədəbiyyat üzrə Nobel mükafatı fransız yazıçısı Patrik Modianoya verilib. Yazıçı bu mükafata “insan taleyini əks etdirən memuarlar”a görə layiq görülüb.

Nobel sülh mükafatının pul məbləği 1 milyon dollardır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR