Azərbaycanda ərzaq təhlükəsizliyi də dövlətin vəzifələri sırasına aid ediləcək

Azərbaycanda ərzaq təhlükəsizliyi də dövlətin vəzifələri sırasına aid ediləcək
# 20 fevral 2013 13:33 (UTC +04:00)

APA-nın məlumatına görə, bununla bağlı bu gün Milli Məclisin Sosial siyasət komitəsində “Əhalinin sağlamlığının qorunması haqqında” qanuna dəyişikliklər müzakirə olunub.

Qanunun 3-cü maddəsinə bununla bağlı edilən dəyişikliklə bağlı yeni abzas da daxil edilib. Dəyişiklikdə göstərilir ki, əhalinin sağlamlığının qorunmasında dövlətin vəzifələrinə ətraf mühitin qorunması və ekoloji təhlükəsizliklə yanaşı, ərzaq təhlükəsizliyi də aiddir. Ardıcıl olaraq daxil edilən abzasda isə bildirilir ki, əhalinin sağlamlığının möhkəmləndirilməsi və xəstəliklərin profilaktikası məqsədilə yeyinti məhsullarının, xüsusilə duz, un, süd və şəkərin mikronutriyentlərlə zənginləşdirilməsinin tətbiq edilməsi və müvafiq normativ hüquqi aktların hazırlanması da bu vəzifələrin tərkib hissəsidir.

Müzakirələr zamanı komitə sədri Hadı Rəcəbli bildirib ki, xarici ölkələrdə uzun müddətdir ərzağın tərkibi zənginləşdirilir: “Məsələn, Çində ərzaq məhsullarına bir sıra vitaminlərin əlavə edilməsi nəticəsində son illər əhalinin boyu 8 sm artıb. O, mikronutriyent əlavələr nə ərzağın dadında, nə iyində öz təsirini göstərmir, lakin əhalinin sağlam olmasına öz töhfəsini verir”.

Layihə parlamentin plenar iclasına tövsiyə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR