Texasda veteranların klinikasında atışma nəticəsində 2 nəfər ölüb

Texasda veteranların klinikasında atışma nəticəsində 2 nəfər ölüb
# 07 yanvar 2015 04:58 (UTC +04:00)

Bakı-APA. Texas ştatının El Paso şəhərində yerləşən ABŞ-ın Veteranlarla İş üzrə Nazirliyin xəstəxanasında silahlı insident nəticəsində 2 nəfər ölüb.

APA-nın “TASS”-a istinadən verdiyi xəbərə görə, bu barədə xəstəxananın yaxınlığında yerləşən “Fort Bliss” ordu bazasının nümayəndəsi general-mayor Stiven Tvitti bildirib.

Onun sözlərinə görə, klinikaya daxil olan silahlı şəxsin atəş açması nəticəsində 1 nəfər ölüb. Bundan sonra hücum edən şəxs özünə atəş açaraq intihar edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR