Bakıda iki ay əvvəl itkin düşən 70 yaşlı kişi axtarılır - FOTO

Bakıda iki ay əvvəl itkin düşən 70 yaşlı kişi axtarılır - <span style="color: red;">FOTO
# 09 dekabr 2014 11:46 (UTC +04:00)

Sabunçu rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, 1944-cü ildə Ermənistanda anadan olan, hazırda Maştağa qəsəbəsində yaşayan, Tostuyev Koroğlu Əli oğlu bu il oktyabrı ayının 9-da yaşadığı evdən çıxıb gedib və bir daha geri dönməyib. O, evdən çıxarkən Mingəçevirdə yaşayan qohumlarına baş çəkmək üçün getdiyini deyib. Həmin gündən bəri ondan heç bir məlumat yoxdur.

Polisdən həmçinin bildirilib ki, K. Tostuyevin əynində qara kostyum və qara rəngli ayaqqabı olub.

Onu görənlərdən Sabunçu rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinə (012) 450-44-32 nömrəli telefona məlumat vermələri xahiş olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR