USAİD Azәrbaycana yeni tәyin olunmuş missiya rәhbәrini təqdim edib - FOTO

USAİD Azәrbaycana yeni tәyin olunmuş missiya rәhbәrini təqdim edib - <span style="color: red;">FOTO
# 28 sentyabr 2015 17:48 (UTC +04:00)

APA-nın nәlumatına görә, sәfir Robert Sekuta xanım Meredisin daha әvvәl Vaşinqtonda yüksәk rütbәli vәzifәlərdə çalışdığını, 8 il әrzindә USAİD-in strukturlarında çalışdığını bildirib: "M.Meredis burada ABŞ-ın uzunmüddәtli mәqsәdlәri üçün xidmәt edәcәk. Bunlar həmçinin güclü, sabit, inkişaf edәn Azәrbaycan naminә mәqsәdlәrdir".

Sәfir bildirib ki, USAİD-in bu günədək Azәrbaycana 1,5 milyard ABŞ dolları həcmində yardım göstərib: "USAİD Azәrbaycan hökümәti ilә birlikdә "Azәrbaycan 2020: Gәlәcәyә baxış" konsepsiyasına dәstәyini göstәrir. Әldә etdiyimiz nailiyyәtlәrdәn mәmnunuq".

Daha sonra çıxış edәn USAİD-in Azәrbaycana yeni tәyin olunmuş missiya rәhbәri Mikayela Meredis Azәrbaycanda olduğu 1 ay müddәtindә tәrəqqinin vә inkişafın şahidi olduğunu bildirib. Onun sözlәrinә görә, Azәrbaycan gәnc ölkә olduğu üçün uzunmüddәtli inkişaf üçün demokratik, iqtisadi, sosial islahatlar önәm kәsb edir: "Bunlar hökumәtin "Azәrbaycan 2020: Gәlәcәyә baxış" konsepsiyasında әrz olunan meyarlardır. Biz Azәrbaycanın davamlı irәlilәyiş әldә etmәsini görmәkdәn mәmnunuq. Bu nailiyyәtlәri davam etdirmәk önәmlidir vә USAİD Azәrbaycan hökumәti ilә işlәmәyi davam etdirməyə hazırdır".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR