İl ərzində Azərbaycanda istifadəyə verilən yaşayış evlərinin sahəsində artım müşahidə olunur

İl ərzində Azərbaycanda istifadəyə verilən yaşayış evlərinin sahəsində artım müşahidə olunur
# 17 aprel 2015 12:56 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Bu ilin I rübündə Azərbaycanda ümumi sahəsi 414,5 min kvadratmetr olan yeni yaşayış evləri istifadəyə verilib.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, 2014-cü ilin I rübü ilə müqayisədə bu ilin eyni dövründə istifadəyə verilən yaşayış evlərinin sahəsi 40 909 min kvadratmetr və ya 10,95% artıb.

Komitənin sosial-iqtisadi inkişaf bülleteninə nəzər salanda məlum olur ki, ilin əvvəlindən bu sahədə artım qeydə alınıb. Belə ki, əgər yanvarda 121 160 min, fevralda 141 713 min kvadratmetr yaşayış sahəsi istifadəyə verilibsə, martda bu göstərici 151 663 min kvadratmetrə çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR