Tiflisdə Türkiyə və Gürcüstan arasında Memorandum imzalanıb - FOTO

Tiflisdə Türkiyə və Gürcüstan arasında Memorandum imzalanıb - <span style="color: red;">FOTO
# 29 may 2015 21:37 (UTC +04:00)

APA-nın Gürcüstan bürosunun məlumatına görə, tədbir başlamamışdan öncə Gürcüstanın baş nazirinin birinci müavini, energetika naziri Kaxa Kaladze və “Anadolu” qrupunun enerji sektorunun rəhbəri Tuğban İzzət Aksoy həyata keçiriləcək yeni layihə haqqında fikirlərini söyləyiblər.

“Anadolu” qrupunun enerji sektorunun rəhbəri Tuğban İzzət Aksoy APA-ya açıqlamasında bölgədə Türkiyə tərəfdən sərmayə yatıran şirkətlərdən birinci olduqlarını bildirib: "Bu bölgəyə inamımız böyükdür. Azərbaycanda içki sektorunda ciddi fəaliyyət göstəririk. Bununla belə biz enerji sektoruna da sərmayə yatırmağa çalışırıq. Bizim üçün hansı bölgəyə sərmayə yatırırıqsa, il növbədə siyasətin sabit olduğu önəmlidir. Belə olarsa, biz xarici şirkət olaraq özümüzü bu zaman rahat hiss edirik. Bu gün biz Gürcüstan energetika naziri ilə dəyəri 100 milyondan çox olan Memorandum imzaladıq. Biz 2000 adamın çalışdığı layihəmizi gerçəkləşdirəcəyik. Biz Gürcüstanda hidroelektrik stansiyası tikəcək, həm Türkiyə, həm də Gürcüstan vətəndaşlarına daha çox enerji istehsal etməklə xidmət edəcəyik. Əlbəttə, layihələrimiz bununla bitməyəcək və belə layihələr həm Azərbaycan, həm də Gürcüstanda davamlı olacaq".

Memorandumun imzalanma mərasimində Türkiyənin Gürcüstandakı səfiri, digər rəsmi şəxslər və KİV nümayəndələri iştirak ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR