Şimali Koreya BMT Təhlükəsizlik Şurasının qətnaməsini rədd edib

Şimali Koreya BMT Təhlükəsizlik Şurasının qətnaməsini rədd edib
# 09 mart 2013 12:55 (UTC +04:00)

APA-nın “Reuters”ə istinadən xəbərinə görə, Koreya Xalq Demokratik Respublikasının (KXDR) Xarici İşlər Nazirliyi qətnaməni qəbul etmədiyi haqda açıqlama yayıb.

XİN sənədi “ABŞ-ın KXDR-ə qarşı düşmən siyasətinin məhsulu” adlandırıb: “Bütün dünya süni peyk buraxmış nüvə ölkəsi olan KXDR-in israrlı mövqeyini görəcək”.

Qeyd edək ki, martın 7-də BMT Təhlükəsizlik Şurası Şimali Koreyanın fevralın 12-də keçirdiyi nüvə sınaqlarına cavab olaraq bu ölkəyə qarşı yeni sanksiyalar tətbiq edib. Sayca dördüncü olan sanksiyalar Şimali Koreyanın bank tranzaksiyalarını bağlamağı, hesablarını dondurmağı, təyyarə və gəmilərinə baxış keçirməyi, külli miqdarda pul aparması şübhə doğuran diplomatları yoxlamağı, KXDR-ə yaxta və idman avtomobilləri ixracın qadağan olunmasını nəzərdə tutur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR