Cəlilabadda mal-qara xəstəlikdən tələf olur - FOTO - YENİLƏNİB - VİDEO

Cəlilabadda mal-qara xəstəlikdən tələf olur  - <span style="color: red;">FOTO  - <span style="color: red;">YENİLƏNİB  - <span style="color: red;">VİDEO
# 17 iyul 2014 13:53 (UTC +04:00)

Yerli sakinlərin APA-nın cənub bürosuna verdikləri məlumata görə, vəziyyət ciddi xarakter aldığından, rayondakı mal-qara alış-verişi üzrə həftə bazarı da öz fəaliyyətini dayandırıb.

Xəstəliyin ən çox yayıldığı ərazi rayonun Alar kəndidir. Yerli sakinlərin sözlərinə görə, xəstəlik heyvanlarda qızdırma ilə başlayır, daha sonra onların dırnaqlarında soyulma prosesi gedir və bədənlərinin müxtəlif nahiyələrində dairəvi şəkildə şişlər yaranmağa başlayır. Əsasən iribuynuzlu heyvanlar bu xəstəliyə yoluxduğundan, onlar sonradan qidadan belə imtina edirlər. Gündən-günə çəkisi azalaraq xəstəliyə tutulmuş heyvan son nəticədə tələf olur. İndi sakinlər kütləvi şəkildə yayılmış xəstəliyə qarşı mübarizə tədbirlərinin vaxtında aparılmamasından narahatdırlar.

APA-nın sorğusunu cavablandıran Cəlilabad Rayon Baytarlıq İdarəsinin rəisi Vidadi Əliyev vəziyyətin heç də acınacaqlı olmadığını bildirib: “İndidən hər hansı konkret xəstəlik barəsində danışmaq düzgün olmazdı. Bəli, həqiqətən də bəzi mal-heyvanlarda “nodulyar dermatit” xəstəliyinin nişanələri müşahidə olunmaqdadır. Amma bu, heç də həmin heyvanların məhz "nodulyar dermatit" xəstəliyinə yoluxması demək deyil. Mal-qarada xəstəliyinin dəqiq diaqnozu barədə hər hansı fikir yürütmək isə yalnız laboratoriya müayinələrinin nəticəsindən sonra mümkündür”.

İdarə rəisinin sözlərinə görə, Respublika Baytarlıq Xidmətinin əməkdaşları dünəndən rayona ezam olunublar və indi bütün qüvvələr ayrı-ayrı ərazilərdə heyvanların dezinfeksiya və simptomatik müalicəsi tədbirlərinə yönəlib.

Dövlət Baytarlıq Xidmətinin (DBX) mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəli APA-ya açıqlamasında bildirib ki, Cəlilabaddakı Baytarlıq İdarəsinin rəisi də, Bakıdan göndərilən ekspedisiyanın rəhbəri də Alar kəndindədir: “Mən təxminən 30-35 dəqiqə əvvəl onlarla əlaqə saxladım. Bildirdilər ki, heyvanlar arasında heç bir ölüm faktı qeydə alınmayıb. Biz demirik ki, bu xəstəlik nəticəsində heç bir tələfat ola bilməz. Lakin heyvanlar arasında tələfat olduğu barədə yayılan informasiyalar doğru deyil. Hələlik nə Ucarda, nə Biləsuvarda, nə Ağdaşda, nə də Cəlilabadda ölüm faktı qeydə alınıb”.

Y. Xanvəli onu da əlavə edib ki, Dövlət Baytarlıq Xidməti ölüm faktı qeydə alınarsa, bunu mütləq ictimaiyyətə çatdırar: “Ölüm faktı olarsa, biz bunu gizlətməyəcəyik, gizlətməkdə heç bir marağımız da yoxdur”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR