Suriyada “Xorasan” terror qruplaşmasının liderlərindən biri məhv edilib

Suriyada “Xorasan” terror qruplaşmasının liderlərindən biri məhv edilib
# 06 noyabr 2014 21:55 (UTC +04:00)

APA-nın “İTAR TASS”a istinadən verdiyi xəbərə görə, “Predator” tipli pilotsuz təyyarəsi Suriyanın İdlib əyalətində hərəkətdə olan avtomobilə raket zərbəsi endirib. Zərbə nəticəsində avtomobildə olan partlayıcı qurğular üzrə mütəxəssis 24 yaşlı Fransa vətəndaşı David Drüjon və daha bir terrorçu ölüb.

Məlumata görə, Drüjon 14 yaşında olarkən İslam dinini qəbul edib. 2010-cu ildə Misirdə ərəb dilini öyrənib, sonra isə Pakistana gedərək “Əl Qaidə”yə qoşulub.

ABŞ kəşfiyyatının məlumatına görə, “Xorasan” qruplaşmasına Əfqanıstan və Pakistandan Suriyaya gəlmiş “Əl Qaidə”nin veteranları daxildir. Qruplaşma, əsasən, qərb dövlətlərinin ərazisində terror aktlarının hazırlanması ilə məşğuldur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR