Şirvanda 22 yaşlı oğlan Kürə düşüb

Şirvanda 22 yaşlı oğlan Kürə düşüb
# 20 aprel 2013 07:37 (UTC +04:00)

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, 20 aprel 2013-cü il tarixində 1991-ci il təvəllüdlü Elxan Vaqif oğlu Ələsgərov Şirvan rayonu ərazisində Kür çayına düşüb.

Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Hazırda Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri tərəfindən axtarış-xilasetmə işləri aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR