Yaponiyada torpaq sürüşməsi nəticəsində 36 nəfər ölüb

Yaponiyada torpaq sürüşməsi nəticəsində 36 nəfər ölüb
# 20 avqust 2014 15:53 (UTC +04:00)

Bakı. Zümrüd Paşayeva - APA. Yaponiyada torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 36-ya çatıb.

APA-nın “Asssociated Press”ə istinadən xəbərinə görə, uzunmüddətli yağışlardan sonra Yaponiyanın Hiroşima şəhərinin ətrafında baş verən torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 36-ya çatıb.

Polis 7 nəfərin itkin düşdüyünü, 15 nəfərin isə ağır yaralandığını bildirib. Yerli hökumət orqanları fəlakət qurbanlarının sayının artacağından narahatdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR