Nazir: Ermənilərin Bakıda keçiriləcək Beynəlxalq kimya olimpiadasında iştirakına dair müraciət daxil olmayıb

Nazir: Ermənilərin Bakıda keçiriləcək Beynəlxalq kimya olimpiadasında iştirakına dair müraciət daxil olmayıb
# 05 may 2015 09:44 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Təhsil naziri Mikayıl Cabbarov iyulda Bakıda keçiriləcək Beynəlxalq Kimya Olimpiadasında Ermənistan nümayəndə heyətinin iştirakı ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

APA-nın xəbərinə görə, Mikayıl Cabbarov deyib ki, ermənilərin olimpiadada iştirak edib-etməməsinə dair Beynəlxalq Olimpiada Təşkilat Komitəsi tərəfindən müraciət daxil olmayıb: “Ermənistanın təhsil nazirinin Beynəlxalq Kimya Olimpiadası ilə bağlı verdiyi bəyanatla tanış deyiləm. Lakin bizdə məlumat olanda bu barədə fikrimizi bölüşəcəyik”.

Qeyd edək ki, ötən gün Ermənistan mediasının yaydığı xəbərə görə, Ermənistanın elm və təhsil naziri Armen Aşotyan iyulda Bakıda keçiriləcək Beynəlxalq Kimya Olimpiadasına Beynəlxalq Olimpiada Komitəsindən dəvət aldıqlarını bildirib: “Biz müsbət cavab vermişik. Bildirmişik ki, yığmamız Bakıda keçiriləcək olimpiadada iştirak etmək istəyir. Amma bunun üçün ilk növbədə təhlükəsizliyimizin təmin edilməsinə dair təminat almalıyıq. Əgər getsək, nümayəndə heyətini mən müşayiət edəcəyəm”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR